Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan MDB ölkələrinə 1 milyard 462 milyon 172 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56 milyon 841 min ABŞ dolları (4%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 4 milyard 804 milyon 710 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin ilk 10 ayına nisbətdə 508 milyon 335 min dollar və ya 11,8% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 1,4 milyard ABŞ dolları, idxalının dəyəri isə 4,3 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram