Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8 milyard 904 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 678 milyon dollar və ya 23,2% çoxdur.
Son 1 ildə Azərbaycanın ixracı 0,3% azalaraq 4 milyard 776 milyon ABŞ dollarına enib, idxalı isə 69,2% artaraq 4 milyard 138 milyon ABŞ dollarına yüksəlib.
Nəticədə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!