Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2023-cü ildə 14 min 98 ədəd hibrid avtomobil idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən hibrid avtomobillərin dəyəri 386 milyon 294 min dollar olub.
Bunlar illik müqayisədə müvafiq olaraq 2 min 761 ədəd və 2.5 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 58.9% artaraq 1.7 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!