Azərbaycanın Gürcüstana qeyri-neft ixracı 5 mln. dollardan çox artıb | Banco.az

Azərbaycanın Gürcüstana qeyri-neft ixracı 5 mln. dollardan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 5 milyon 148 min dollar və ya 19,4% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Gürcüstana qeyri-neft ixracının dəyəri 31 milyon 617 min dollar təşkil edib. 

2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 26 milyon 469 min dollar olub. 

Qeyd edək ki, ilk ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 268 milyon 389 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram