Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ildə həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında Şirinov Elvin Valeh oğlu 128,2 milyon dollarlıq ixracla bu dəfə də birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
Şirinov Elvin Valeh oğlu – 128,2 milyon dollar
“MKT İstehsalat Kommersiya” MMC – 88,8 milyon dollar
“Baku Steel Company” QSC – 63 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi – 59,2 milyon dollar
“Best Logistik” MMC – 44,4 milyon dollar
“My Fruit” MMC – 38,9 milyon dollar
“STP Global Cable” MMC – 35,8 milyon dollar
“P-Aqro” MMC – 33,4 milyon dollar
Muradova Sahibə Səlimət qızı – 31,4 milyon dollar
“Mors Trading” MMC – 27,9 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!