Azərbaycanın buğda idxalına çəkdiyi xərc açıqlanıb | Banco.az

Azərbaycanın buğda idxalına çəkdiyi xərc açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-fevral aylarında 40 milyon 496 min ABŞ dolları dəyərində 187 min 569 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 2 ayı ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 31,1%, həcmi isə 39,1% artıb.

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 215.9 dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü (229 dollar) ilə müqayisədə 5,7% və ya 13.1 dollar azdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram