Azərbaycanın bank sektorunun aktivləri 61 milyard manata çatır | Banco.az

Azərbaycanın bank sektorunun aktivləri 61 milyard manata çatır

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin iyul ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 940.4 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 7,4% artıb. 

Belə ki, 1 iyul 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 56 mlrd. 734.1 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 53 milyard 295 mln. manat, balans kapitalı 7 milyard 646 mln. manat olub.

 İyun ayında bankların cəmi aktivləri 3%, cəmi öhdəlikləri 3.3%, balans kapitalı isə 1% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram