Azərbaycandan Ukraynaya qeyri-neft-qaz ixracı 80%-dən çox artıb | Banco.az

Azərbaycandan Ukraynaya qeyri-neft-qaz ixracı 80%-dən çox artıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 374 milyon 547.6 min ABŞ dolları təşkil edib.

 Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.2% və ya 31.7 milyon ABŞ dolları artıb.

    Hesabat dövründə Azərbaycandan Ukraynaya ixrac 23.6% artaraq 168 milyon 971 min dollara, Ukraynadan Azərbaycana ixrac isə 0.3% azalaraq 205.6 milyon dollara bərabər olub.

    Bu dövrdə Azərbaycandan Ukraynaya 147 milyon 315 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 83.6% çoxdur.

    Bu dövrdə Azərbaycandan Ukraynaya əsasən meyvə-tərəvəz (kartof, pomidor, armud, ərik, şaftalı, meşə fındığı, üzüm, xurma, qarpız və sair) meyvə şirələri, çaymineral və ya kimyəvi azot gübrələri, ağır distilyatlar və başqa məhsullar ixrac edilib.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 1.1%-nə bərabər olub.

    Xatırladaq ki, cari ilin doqquz ayında Azərbaycanın ticarət dövriyyəsi 35 milyard 375.5 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 649.2 milyon ABŞ dolları təşkil edib.