Nazirlik vətəndaşlara 1000 manat ödəniş ediləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib | Banco.az

Nazirlik vətəndaşlara 1000 manat ödəniş ediləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

“Sosial şəbəkədə guya “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə paylaşılan videoməlumat yalandır”.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

“Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, məsələ ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.