Ötən il Gürcüstan Azərbaycandan olan turistlərdən 223,3 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
İllik müqayisədə gəlirdə 54,8 milyon ABŞ dolları və yaxud 32% artım qeydə alınıb.
2025-ci il Gürcüstanın turizm sektoru üçün gəlir baxımından rekord il olub. Qonşu ölkə beynəlxalq turizmdən 4,69 milyard ABŞ dolları məbləğində gəlir götürüb ki, bu da illik müqayisədə 6% çoxdur.
apa
