Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Azərbaycandan İtaliyaya köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən İtaliyaya 2022-ci illə müqayisədə 3 milyon 948 min dollar və ya 2,3 dəfə çox köçürülüb.
Bununla da İtaliyaya köçürmələrin ümumi həcmi 7 milyon 33 min dollara yüksəlib. 2022-ci ildə bu göstərici 3 milyon 85 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (26,6% payla) Türkiyə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!