Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstana 19 milyon 780 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 milyon 302 min dollar və ya 45,2% azdır. 2024-cü ilin yanvar-sentyabr aylarında bu məbləğ 36 milyon 82 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 9 ayda Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 5,5% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
