Azərbaycanda yanvarda vergi daxilolmaları 2 milyard manatdan çox olub | Banco.az

Azərbaycanda yanvarda vergi daxilolmaları 2 milyard manatdan çox olub

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manat vəsait daxil olub.

Qurum xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % az, proqnozdan isə 2,5 % çoxdur.

Ötən ay vergi daxilolmalarının 1 milyard 467,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 6,5 %, proqnozdan isə 2,95 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.