Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda taksilərlə 80 035,6 min sərnişin daşınıb.
Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,8% çoxdur.
Ötən ilin müvafiq dövründə taksilər 79 400,4 min nəfər sərnişin daşınmışdı.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə ümumilikdə 1 756 344,0 min sərnişin daşınıb. Bunun da 1 676 308,4 min nəfəri avtobus nəqliyyatının payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
