Azərbaycanda qızıl və gümüş istehsalı artıb | Banco.az

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-fevral aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 478,3 kiloqramı qızılın, 776,6 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 81,4%, gümüş istehsalı isə 36,8% artıb.

Martın 1-nə olan vəziyyətə əsasən, ölkədə 160,4 kiloqram hazır qızıl, 668,9 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram