Azərbaycanda qara kürü istehsalı 2 dəfədən çox artıb | Banco.az

Azərbaycanda qara kürü istehsalı 2 dəfədən çox artıb

2025-ci ildə Azərbaycanda 3192.81 kq nərə balığının kürüsü (qara kürü) istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü illə müqayisədə 2.4 dəfə və ya 1848 kq çoxdur. Belə ki, 2024-cü il Azərbaycanda 1344.30 kq nərə balığının kürüsü istehsal edilib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 1 milyon 18.2 min ABŞ dolları dəyərində 1 ton nərə balığının kürüsü ixrac edilib.

    Xatırladaq ki, ötən il Azərbaycana Çindən 2 milyon 530 min ABŞ dolları dəyərində 8.4 ton qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 513 manat təşkil edib.

    apa