Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 25% azalıb | Banco.az

Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 25% azalıb

Bu ilin martın 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 690,2 mln. manat təşkil edib ki, bu göstərici fevral ayı ərzində 2,3% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, illik müqayisədə problemli kreditlərin həcmi 24,8% azalıb.

Sözügedən kreditlərin ümumi portfeldəki payı 3,9% təşkil edib. Qeyd olunan göstərici əvvəlki aya nəzərən 0,2 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2,4 faiz bəndi azalıb. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram