Azərbaycanda neftin emalı 25%-ə yaxın artıb | Banco.az

Azərbaycanda neftin emalı 25%-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda 600 min ton neft emal edilib, bu da illik müqayisədə 24,7% artım deməkdir.

 2023-cü ilin yanvarında Azərbaycanda 481 mln. ton neft emal edilib.

    Xatırladaq ki, ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azdır.

    Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

    apa