Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) neft və kimya sahəsində 8 yeni dövlət standartı qəbul edib.
Bu barədə AZSTAND məlumat verir:
- AZS CT PK 2473:2025 "Mexaniki transmissiya sistemləri üçün GL-4, GL-5 kateqoriyaları üzrə bütün mövsümlərdə işləyən yağlar. Texniki şərtlər;
- AZS ГОСТ 30333:2025 "Kimyəvi məhsulların təhlükəsizlik pasportu. Ümumi tələblər";
- AZS ГОСТ P 51634:2025 "Avtotraktor mühərrik yağları. Ümumi texniki tələblər";
- AZS СТ РК 2471:2025 "API üzrə SF, SJ, SL, SM, SN, CF-4, CG-4, CH-4, CL-4, CJ-4 kateqoriyaları üçün bütün mövsümlərdə işləyən universal motor yağları. Texniki şərtlər";
- AZS ГОСТ 28084:2025 "Aşağıdonan soyuducu mayelər";
- AZS ГОСТ 33341:2025 "İstilik mübadilə sistemləri üçün bütün mövsümlərdə işləyən aşağıdonan tərkiblər və soyuducu mayelər. Texniki şərtlər";
- AZS СТ РК 2468:2025 "АУП hidravlik yağ. Texniki şərtlər";
- AZS СТ РК 2467:2025 " МГЕ - 46В hidrohəcmli ötürücülər üçün yağ. Texniki şərtlər".
Bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir.
Yeni dövlət standartları "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər"in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və AZSTAND onları qəbul edərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edib.
Yeni dövlət standartları "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın 8.2.2-ci bəndinin icrası çərçivəsində "Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə olan tələblər haqqında" texniki reqlamentin istinad standartları kimi istifadə olunması məqsədilə müvafiq beynəlxalq standartların autentik tərcüməsi əsasında hazırlanıb.