Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub | Banco.az

Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar edib.

Bu barədə AMB məlumat verib.

Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC-nin lisenziya almadan ödəniş xidmətləri göstərdiyi üzə çıxıb. Müvafiq pozuntu halı ilə əlaqədar şirkət barədə “Mərkəzi Bank haqqında” qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər görülüb, o cümlədən quruma ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.

APA