Azərbaycanda hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur | Banco.az

Azərbaycanda hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur

Azərbaycanda hotel sənayesində qiymətlərin süni şəkildə aşağı salınması bazarda qeyri-sağlam rəqabət mühiti yaradır.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd olunub.

Bildirilib ki, bəzi hallarda hotellər müştəri cəlb etmək üçün çox aşağı tariflər tətbiq edir ki, bu da gəlirliliyin azalmasına və xidmət standartlarının zəifləməsinə gətirib çıxarır. Nəticədə sektorun ümumi inkişafı və dayanıqlılığı risk altına düşür.

Bu səbəbdən orta gündəlik tarif üzrə minimum qiymət həddinin tətbiqi tövsiyə olunur. Hesab edilir ki, bu mexanizm xidmət keyfiyyətinin qorunmasına, ədalətli rəqabətin təmin edilməsinə və qonaq məmnuniyyətinin artmasına müsbət təsir göstərəcək.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram