Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında geyim istehsalı azalıb. Belə ki, cari ilin 10 ayında ölkədə 85,9 milyon manat dəyərində geyim istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 12.3% azalma müşahidə olunub.
Qeyd edək ki, 10 ayda ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 377,1 milyon manat dəyərində məhsul istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!