Azərbaycanda dənizlə daşınan yüklərin 46%-dən çoxu neftin payına düşüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda dənizlə daşınan yüklərin 46%-dən çoxu neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 8 334,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artıb.

Bu barədə  Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumata görə, hesabat dövründə daşınan yüklərin 46,8%ni neft yükləri təşkil edib.

    “Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz azalaraq 23,6 min nəfər olub”, - məlumatda qeyd olunur.

    Bildirilir ki, dəniz limanları tərəfindən 11 940,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9480,8 min tonunu və ya 79,4%-ni tranzit yüklər təşkil edib. 2025-ci il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 431,3 min ton olub.