2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 126 milyard 839 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20.6% və ya 21 milyard 693 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 72.5 milyard manatı elektron ticarət vasitəsi ilə, 39.5 milyard manatı bankomatlar vasitəsi ilə, 11.4 milyard manatı POS-terminallar vasitəsi ilə, 3.4 milyard manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayının 1-nə Azərbaycanda 19 milyon 737 min ədəd debet kartı olub.
