Azərbaycanda avtobus idxalı 2 dəfədən çox artıb | Banco.az

Azərbaycanda avtobus idxalı 2 dəfədən çox artıb

Bu ilin yanvar-dekabr aylarında Azərbaycana 102,2 milyon dollar dəyərində 877 ədəd avtobus idxal edilib.

Dövlət Gömük Komitəsi xəbər verir ki, avtobus idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 34,1 milyon dollar və ya 50,1%, miqdar ifadəsilə isə 472 ədəd, başqa sözlə 2,2 dəfə çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkəyə 68,1 milyon dollar dəyərində 405 ədəd avtobus gətirilmişdi.

Bu ilin yanvar-dekabr aylarının nəticələrinə görə idxal olunan bir avtobusun orta qiyməti 116 min 517 dollar (təxminən 198 min 078 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 168 min 062 dollar (təxminən 285 min 705 manat) idi. Bu da illik müqayisədə 51 min 545 dollar (87 min 626 manat) və ya 30,7% ucuzlaşma deməkdir.