Azərbaycan xaricdən çay alışını cüzi azaldıb | Banco.az

Azərbaycan xaricdən çay alışını cüzi azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-noyabr aylarında 78 milyon 405 min ABŞ dolları dəyərində 12 min 782 ton çay idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən çayın dəyəri 10 milyon 690 min dollar və ya 15,8% artıb, həcmi isə 0,9% azalıb. 

Məlumata görə, ötən ilin 11 ayında çay idxalı Azərbaycanın ümumi idxalının 0,37%-nə bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında idxal edilən çayın dəyəri 67 milyon 715 min dollar, miqdarı isə 12 min 893 min tona bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram