Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini 13 % azaldıb | Banco.az

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini 13 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 49,668 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Türkiyə İxracatçılar Məclisi xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % azdır.

Təkcə noyabrda Türkiyə Azərbaycana 5,072 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,8 % azdır.

11 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,9 % azalaraq 15,507 milyard ABŞ dollarına, noyabrda isə 13,1 % azalaraq 1,291 milyard ABŞ dollarına enib.

Türkiyədən ən çox geyim idxalını Almaniya 2 milyard 442,294 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 8 % az), Niderland 1 milyard 785,670 milyon ABŞ dolları (5,4 % az) və İspaniya 1 milyard 583,339 milyon ABŞ dolları (10,3 % az) dəyərində həyata keçirib.