“Our Orchards” MMC-nin nizamnamə kapitalı azaldıldı.
Banco.az xəbər verir ki, “Our Orchards” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 300 min manat azaldılaraq 1 milyon 400 min manat məbləğində müəyyən edildiyini elan edib.
Şirkət bildirir ki, bu qərarla əlaqədar olaraq kreditorlar mövcud tələblərini bir ay müddətində aşağıdakı ünvana təqdim edə bilərlər: AZ2732, Xaçmaz rayonu, Yergüc kəndi.
