Müəllif:Mehin Qasımova/Banco.az
Azərbaycan, Qazaxıstan və Özbəkistan texniki spesifikasiyalar hazırlamaq və daha sonra yaşıl enerjinin Avropaya ixracı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.
Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Müvafiq razılıq Azərbaycan, Özbəkistan və Qazaxıstanın energetika və iqtisadiyyat nazirlərinin Bakıda keçirilən görüşündə Orta Asiya ölkələrindən Azərbaycan ərazisindən keçməklə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi zamanı əldə olunub. Görüşün yekunları üzrə dövlət başçıları Departamentlər arasında birgə kommünike imzalanıb, orada ölkələrin bərpa olunan enerji sahəsində potensialı və alternativ mənbələrdən əldə edilən elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqları qeyd olunub”, - deyə məlumatda deyilir.
İclas iştirakçıları həmçinin bərpa olunan enerji mənbələrinə diqqət yetirməklə enerji mübadiləsi sahəsində əməkdaşlıq üçün texniki tapşırıqların hazırlanması, həmçinin yaşıl hidrogen, yaşıl ammonyakın inkişafı və ixracı ilə bağlı birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər.
"İşlənib hazırlanmış və təsdiq edilmiş texniki şərtlərə əsasən, ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tender elan ediləcək. İştirakçılar həmçinin layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini öyrənmək barədə razılığa gəliblər", -deyə Qazaxıstanın Energetika Nazirliyindən bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!