Azərbaycan ötən il xaricə 28,3 milyon dollarlıq kartof satıb | Banco.az

Azərbaycan ötən il xaricə 28,3 milyon dollarlıq kartof satıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2025-ci ildə 28 milyon 388 min dollar dəyərində 71 min 430 ton kartof ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 38,5% və ya 7 milyon 884 min dollar, miqdar baxımından isə 23 min 85 ton və ya 47,8% çoxdur. 

2024-cü ildə ixrac edilən kartofun miqdarı 48,3 min tona, dəyəri isə 20,5 milyon dollara bərabər idi. 

Qeyd edək ki, ötən il kartofun ümumi ixracda xüsusi çəkisi 0,11%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 0,78%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram