Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-fevral aylarında 2 milyard 672 milyon 800 min ABŞ dolları dəyərində 4 milyon 778 min 403 ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4% azalıb, neftin həcmi isə 4% artıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 56,08% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!