Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 9,1% çoxdur.
Banco.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycanda 1,1 mln. ton neft emal edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvarında ölkədə neft emalı 0,6 milyon ton təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!