Azərbaycan Mərkəzi Bankı növbəti il üçün faiz qərarların qrafikini dərc edib | Banco.az

Azərbaycan Mərkəzi Bankı növbəti il üçün faiz qərarların qrafikini dərc edib

Mərkəzi Bank 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankın 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

2025-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:

  • 22 yanvar
  • 12 mart
  • 23 aprel
  • 11 iyun
  • 23 iyul
  • 10 sentyabr
  • 22 oktyabr
  • 10 dekabr

Qeyd olunan tarixlərdən 22 yanvar, 23 aprel, 23 iyul və 22 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.

Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.