Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il dekabr ayının 1-nə Azərbaycan manatının dövretmə sürəti 3,52 bənd təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,10 bənd, 2022-ci ilin eyni dövrünə nisbətən isə 1,10 bənd azdır.
Qeyd edək ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının sonunda (2,68 bənd) qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!