Müəllif: Gülnar Əhmədli, Banco.az
Bankların qiymətli kağızlar portfeli üzrə son ildə artım müşahidə edilib.
Banco.az Mərkəzi Bankın "Maliyyə Sabitliyi" hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin sonu ilə müqayisədə qiymətli kağızlar portfelinin həcmində 2.5% (239 mln. manat) artım qeydə alınıb.
Bu, 2023-cü ilin sonu ilə müqayisədə isə 2 523 milyon manat (35,6%) çoxdur.
Bununla yanaşı ümumi aktivlərdə daha sürətli artım tempi müşahidə olunduğu üçün qiymətli kağızlar portfelinin ümumi aktivlərdə payı ötən ilin sonu ilə müqayisədə 17.7%-dən 16.8%-ə dəyişib.
Bizi sosial şəbəkələrdən izləyin!!
