Müəllif: Gülnar Əhmədli, Banco.az
İtaliya bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 milyard 231 milyon 517 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 407 milyon 502 min dollar və ya 7% çoxdur.
Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 29,8% artaraq 12 milyon 77 min tona çatıb.
Qeyd edək ki, bu dövrdə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. Hesabat ayları ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 10 milyard 556 milyon 149 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
