Azərbaycan I yarımildə 3 mlrd. dollardan çox birbaşa xarici investisiya cəlb edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan I yarımildə 3 mlrd. dollardan çox birbaşa xarici investisiya cəlb edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar 3 milyard 222 milyon 484 min ABŞ dolları təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.2% və ya 244 milyon 295 ABŞ dolları çoxdur.

Qeyd edək ki, 2024-cü ilin ilk yarısında Azərbaycana yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2 milyard 978 milyon 189 min ABŞ dolları təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349 milyon 802 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,2% və ya 351 milyon 561 ABŞ dollar çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram