Azərbaycan əhalisi son 5 ildə geyimə 14 milyard manatdan çox pul xərcləyib | Banco.az

Azərbaycan əhalisi son 5 ildə geyimə 14 milyard manatdan çox pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında geyim, toxuculuq məhsulları və ayaqqabıların alınmasına 3 milyard 265.1 milyon manat xərc çəkilib.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, illik müqayisədə 4,6% artım deməkdir. 

Əhalinin son 5 ildə geyim xərcləri artmaqda davam edib. 5 ildə (yanvar-may dövrü) əhalinin ümumi geyim xərci isə 14 milyard 75 milyon manata bərabər olub:

İllər (Yanvar-may ayları)

Yanacaq xərcləri

2026

3 milyard 265 milyon manat

2025

3 milyard 40 milyon manat

2024

2 milyard 822 milyon manat

2023

2 milyard 647 milyon manat

2022

2 milyard 301 milyon manat

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram