Azərbaycan Dövlət Neft Fondu itkilərə məruz qalıb | Banco.az

Azərbaycan Dövlət Neft Fondu itkilərə məruz qalıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri bu ilin iyul ayı ərzində təxminən 185 mln. ABŞ dolları dəyərində dəyərdən düşüb. Qeyd edək ki, iyulun 1-nə Fondun ehtiyatları 35 726,2 mln. dollar ekvivalentində olub.

Banco.az "Report"a istinadən xəbər verir ki, hesabat ayında ARDNF-nin avroda olan aktivləri məzənnə dəyişikliyindən (dollar ekvivalentində) 68 mln. dollar azalıb.

Bundan başqa, analoji səbəbdən Avstraliya dollarına yatırılan investisiyalar 12 mln. dollar, Türkiyə lirəsinə - 1,5 mln. dollar, Rusiya rubluna - 54 mln. dollar, Koreya vonuna investisiyalar isə 17,5 mln. dollar dəyərində zərər yetirib.

Eyni zamanda, Fondun qızıla yatırdığı sərmayələr iyul ayı nəticəsində dünya bazarında müşahidə olunan ucuzlaşma səbəbindən 86 mln. dollar dəyərdən düşüb.