Azərbaycan Beynəlxalq Bankı törəmə lizinq şirkətini sata bilər | Banco.az

Azərbaycan Beynəlxalq Bankı törəmə lizinq şirkətini sata bilər

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) törəmə müəssisəsi olan “Beynəlxalq Lizinq” QSC-ni sata bilər.

Bu barədə jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin sədri Xalid Əhədov məlumat verib.

Onun sözlərinə görə, bu, Bankın sağlamlaşdırılması tədbirləri çərçivəsində həyata keçiriləcək: “Restrukturizasiya planında da göstərilib ki, törəmə müəssisələrinə kapital formasında qoyulmuş nağd vəsait geri qaytarılsın”. 

X.Əhədov onu da deyib ki, hazırda "Beynəlxalq Lizinq" şirkəti faktiki fəaliyyətdir: "Biz burada yalnız yığımla məşğuluq".

Mənbə: Report.az