Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Beynəlxalq Bankı-nın (ABB) kredit portfeli cari ilin 1 yanvar tarixinə 7 milyard 79 milyon 984 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin əvvəli ilə müqayisədə 729 milyon 183 min manat və ya 11,5% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 1 milyard 984 milyon 240 min manat, biznes kreditləri portfeli 3 milyard 544 milyon 993 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 1 milyard 550 milyon 750 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 185 milyon 532 min manat və ya 10,3%, 435 milyon 747 min manat və ya 14%, 107 milyon 903 min manat və ya 7,5% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
