Azərbaycan bankları ötən il 344 milyon manat yaşıl kredit verib | Banco.az

Azərbaycan bankları ötən il 344 milyon manat yaşıl kredit verib

Müəllif: Gülnar Əhmədli, Banco.az

COP29 çərçivəsində Azərbaycanın bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıl layihələrə 2 milyard manat ayırmağı planlaşdırmışdır. Bunun nəticəsi olaraq, 2025-ci ildə artıq yaşıl və dayanıqlılıqla əlaqəli layihələrə müvafiq olaraq, 344 milyon və 27 milyon manat vəsait ayrılıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Dayanıqlı maliyyə hesabatı"nda qeyd edilib.

Hesabata görə, il ərzində yaşıl nəqliyyata daha çox (201 milyon manat) kredit ayrılıb.

Yaşıl Kreditlərin sayı isə 883 ədəd olub ki, bunun da böyük hissəsi (516 ədəd) yenə yaşıl nəqliyyatın payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram