Azərbaycan avtomobil idxalını 64% artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan avtomobil idxalını 64% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 5 662 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 208 ədəd və yaxud 63,93% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu avtomobillərin idxalı 80 ədəd və yaxud 148% (2,5 dəfə) artaraq 134, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu avtomobillərin idxalı 1 893 ədəd və yaxud 63,5% artaraq 4 874, yük avtomobillərinin idxalı 261 ədəd və yaxud 76,3% artaraq 603, xüsusi təyinatlı motorlu avtomobillərin idxalı isə 26 ədəd və yaxud 50,98% azalaraq 51 olub.

Mənbə: Report.az