Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada pərakəndə satışlar yanvarda əvvəlki ayla müqayisədə 0,3 faiz azalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın yanvar ayına aid pərakəndə satış göstəricilərini açıqlayıb.
Məlumatlara görə:
-
Aİ-də pərakəndə satışlar yanvarda əvvəlki aya nisbətən 0,2% azalarkən, illik əsasda 1,6% artıb.
-
Avrozonada isə pərakəndə satışlar aylıq 0,3% azalarkən, illik 1,5% yüksəlib.
-
Avrozonaya dair gözlənti aylıq 0,1%, illik 2% artım olacağı istiqamətində idi.
Aylıq müqayisədə ən böyük azalma:
-
Slovakiyada 9%,
-
Litvada 4,8% olub.
Ən çox artım isə:
-
Sloveniyada 2,3%,
-
Macarıstanda 2,2%,
-
Niderlandda 1,6% qeydə alınıb.
İllik müqayisədə ən böyük azalma:
-
Finlandiyada 0,4%,
-
İtaliyada və Belçikada 0,3% olub.
Ən çox artım isə:
-
Lüksemburqda 11,4%,
-
Bolqarıstanda 8,1%,
-
Portuqaliyada 5,3% qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!