Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozona kompozit PMI üç ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, “S&P Global” və “Hamburg Ticarət Bankı” (HCOB) Avrozonanın fevral ayına dair PMI göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, yanvar ayında 51,3 səviyyəsində olan Avrozona üzrə kompozit PMI fevralda 51,9-a yüksəlib. Bununla da kompozit indeks son üç ayın ən yüksək səviyyəsinə çatıb. Yanvarda 51,6 olan xidmət sektoru üzrə PMI də fevral ayında 51,9-a yüksələrək son iki ayın ən yüksək göstəricisini qeydə alıb.
Bazar gözləntiləri fevral ayında kompozit PMI-nin 51,9, xidmət sektoru üzrə PMI-nin isə 51,8 səviyyəsində olacağı istiqamətində idi.
Açıqlanan göstəricilər fevral ayında Avrozonada tələbin artması fonunda iqtisadi artımın sürətləndiyini göstərir.
PMI göstəricisinin 50 və daha yüksək səviyyədə olması sektorda genişlənməyə, 50-dən aşağı qalması isə daralmaya işarə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
