Avropada pul siyasətinin sərtləşdirilməsi davam edəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avropada pul siyasətinin sərtləşdirilməsi davam edəcək

Müəllif - Aida İsaq, Banco.az

Avropa Mərkəzi Bankı iyulda keçiriləcək növbəti iclasında əsas uçot dərəcəsinin növbəti dəfə artırılması imkanını nəzərdən keçirəcək. 

Banco.az xəbər verir ki, bunu AMB prezidenti Kristin Laqard bildirib. Onun sözlərinə görə, regionda pul siyasətinin sərtləşdirilməsi kursu inflyasiya risklərinin davam etməsi ilə bağlıdır. AMB-nin müvafiq addımı atacağı halda regionda ardıcıl olaraq doqquzuncu dəfə əsas faiz artımı həyata keçiriləcək. 

Qeyd edək ki, ötən həftə Avropa Mərkəzi Bankı uçot dərəcəsini 3,75 %-dən 4 %-ə, depozitlər üzrə faiz dərəcəsini 3,25 %-dən 3,5 %-ə, marjinal kredit xətti üzrə faiz dərəcəsini isə 4 %-dən 4,25 %-ə çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram