Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB:) Süni intellekt peşələrə deyil, maaşlara təsir edir.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) çərşənbə axşamı dərc etdiyi araşdırmada süni intellektin sürətlə mənimsənilməsinin iş yerlərinin itirilməsinə deyil, maaşların azalmasına səbəb olacağı bəyan edilib.
ECB-nin süni intellektin istifadə olunduğu sektorlarda məşğulluq payının artdığına diqqət çəkən araşdırma hesabatında aşağı və orta ixtisaslı işlərin böyük ölçüdə təsirlənmədiyi açıqlanıb.
Digər tərəfdən, süni intellektin qazanclara “neytral və ya bir qədər mənfi təsirləri” olduğu və bu təsirlərin arta biləcəyi qeyd edilib.
Hesabatda dərc olunan məlumatlara görə, süni intellekt orta ixtisaslı işçilərin məşğulluğunu azaldan kompüterləşdirmə kimi əvvəlki texnologiya dövrləri ilə ziddiyyət təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!