Avropa Mərkəzi Bankı ilin dördüncü faiz endirimini həyata keçirib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avropa Mərkəzi Bankı ilin dördüncü faiz endirimini həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) bazar proqnozlarına uyğun olaraq ilin dördüncü faiz endirimini edib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) depozit faizini 25 baza bəndi azaldaraq 3 faizə endirib.

Bununla da bank ilin dördüncü faiz endirimini həyata keçirib.

İqtisadçıların proqnozu depozit faizinin 3 faizə endirilməsi istiqamətində idi.

Bank əsas yenidən maliyyələşdirmə dərəcəsini 3,40 faizdən 3,15 faizə, marjinal maliyyələşdirmə faizini isə 3,65 faizdən 3,40 faizə endirib.

Qərar mətnində deinflyasiya prosesinin yolunda getdiyi vurğulanıb. Bank həmçinin aylıq orta hesabla PEPP portfelini 7,5 milyard avro azaltmaq qərarına gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram