Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) faiz qərarını açıqlayıb.
Banco.az xəbər verir ki, ECB gözləntilərə uyğun olaraq faiz dərəcəsini 2 faiz səviyyəsində sabit saxlayıb.
Pul-kredit siyasəti faiz dərəcəsi 2,15 faiz, gecəlik borclanma faizi isə 2,40 faiz səviyyəsində dəyişməyib. Bloomberg-in sorğusunda iştirak edən analitiklər də faizlərin sabit qalacağını proqnozlaşdırırdılar.
Digər tərəfdən, ECB 2024-cü ilin may ayından 2025-ci ilin iyun ayına qədər depozit faizini 8 dəfə 25 baza bəndi azaldaraq 4 faizdən 2 faizə endirmişdi.
Qərar mətnində qeyd olunur ki, ECB-nin inflyasiya gözləntilərinə dair ümumi qiymətləndirməsi dəyişməyib və orta müddətdə inflyasiyanın 2 faiz hədəfində sabitləşməsini təmin etməkdə qətiyyətlidir. Həmçinin mətnə əsasən, inflyasiyanın hədəfə yaxın olduğu, lakin gələcək dövr üçün görünüşün qeyri-müəyyən qaldığı da vurğulanır.
Bizi sosial şəbəkələrdən izləyin!!
