Müəllif: Tamara Mustafayeva, Banco.az
Ağ Ev “Apple”ın ABŞ-dakı investisiya öhdəliyini 100 milyard dollar artıracağını açıqlayıb.
Banco.az xəbər verir ki, “Apple” ABŞ-da 100 milyard dollarlıq yeni investisiya həyata keçirəcək.
Bu barədə açıqlama Ağ Evdən gəlib. Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp investisiyanın təfərrüatları ilə bağlı açıqlama verəcək.
Açıqlamadan əvvəl Fox Business-a danışan Milli İqtisadi Şura Direktoru Kevin Hassett də “Apple” şirkətinin yeni investisiyasını elan edəcəyini bildirib.
Qeyd olunub ki, 2025-ci ilin ilk rübündə Apple şirkətinin ABŞ-da dörd il ərzində 500 milyard dolları ötən investisiya həyata keçirəcəyi gözlənilir.
Bu investisiya proqramına əsasən, Miçiqan, Texas, Kaliforniya, Arizona, Nevada, Ayova, Oreqon, Şimali Karolina və Vaşinqton ştatlarında komandalar və istehsalat obyektləri genişləndiriləcək.
Planlara Texasda yeni bir zavodun tikintisi, ABŞ İrəli İstehsalat Fondunun ikiqat artırılması, bir istehsalat akademiyasının yaradılması, eləcə də süni intellekt və silikon mühəndisliyinə qoyulan sərmayələrin sürətləndirilməsi daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!